SİYASƏT
“QADIN HÜQUQLARININ POZULMASI VƏ ONLARIN MÜDAFİƏSİ” ADLI LAYİHƏ HƏYATA KEÇİRİLİR
Təşkilatdan AZƏRTAC-a bildirmişlər ki, layihə çərçivəsində MDB-nin nümayəndələrinin iştirakı ilə “MDB ölkələrində qadın hüquqları və onların müdafiəsi” mövzusunda dekabr ayının 22-dən 27-dək Bilgəh qəsəbəsində yerləşən istirahət evində beynəlxalq təlim kursu keçiriləcəkdir. Təlim kursunun rəsmi açılışı dekabrın 23-də olmuşdur. Təlim kursunda insan haqları və onların ayrılmaz hissəsi olan qadın hüquqlarının müdafiəsi, qadınlara qarşı zorakılıq və onun aradan qaldırılması məsələləri araşdırılacaqdır.
Beynəlxalq təlim kursunun çərçivəsində dövlət və hökumət qurumları, Təhsil Nazirliyi, Ombudsman Aparatı, YUNİFEM, İOM, UNDP, YUNİSEF, DİN və s. qurumların nümayəndələri ilə görüşlər nəzərdə tutulub.Təlim kursunda “Qadın hüquqları üzrə təlimçilər üçün vəsait” adlı kitabın təqdimatı da keçiriləcəkdir.