İQTİSADİYYAT
“QARADAĞ” SEMENT ASC QİYMƏTLƏRDƏUCUZLAŞMA APARIR
“Qaradağ” Sement Analitik İnformasiya Mərkəzi Tam Ortaqlı Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, bundan əvvəl də qiymət 1 tona görə 1 dollar endirilmişdir. Bu endirim də satış strategiyasında yeganə yenilik deyildir. Hazırda yerlərdə birbaşa müəssisədən və ya müəssisənin satış bazasından gətirilən məhsulun distribüter müdaxiləsi olmadan satılması üçün ölkədəki mövcud iri tikinti bazarları ilə danışıqlar aparılır. Səhmdar Cəmiyyətin istehsal etdiyi məhsul onun müəyyənləşdirdiyi qiymətlərlə satılacaqdır.
Mövcud distribüter şəbəkəsində də ciddi iş aparılacaqdır. Müəssisənin rəhbərliyi bəyan etmişdir ki, distribüterlə əlaqədar olan satış məntəqələri ilə münasibətlər elə tənzimlənəcək ki, sonuncu alıcı üçün pərakəndə satış qiyməti 17 min 500 manatdan yüksək olmasın. Əks halda “Qaradağ” Sement ASC şərtə əməl etməyən distribüterlə əlaqəni kəsəcəkdir. Qoyulan şərtlərə əməl edilməsinə nəzarət mexanizmi də işlənib hazırlanmışdır.
“Qaradağ” Sement ASC həm də dəmir-beton məmulatı hazırlayan müəssisələrlə birbaşa əlaqələr qurmaq niyyətindədir. Müəssisənin marketinq və satış bölməsi gələn mövsümdə sementə olan tələbatın artacağını nəzərə alaraq bazarda qiymətlərin qalxmamasını təmin etmək üçün bir sıra tədbirlər planı işləyib hazırlamışdır. Bazardakı vəziyyətə çevik müdaxilə etmək üçün bölmənin işçiləri tərəfindən intensiv monitorinqlər keçiriləcəkdir.
Müəssisənin istehsal etdiyi sementin müxtəlif markalar üzrə 1 tonu distribüterlərə 245 min manatdan 365 min manata, müştərilərə isə 280 min manatdan 365 min manata satılacaqdır.