DÜNYA
QAZAXISTAN, BELARUS, RUSİYA VƏ UKRAYNA VAHİD İQTİSADİ MƏKAN YARADIR
Nümayəndə heyətlərinin rəhbərləri Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə görüşmüşlər.
Qrup vahid iqtisadi məkanın formalaşdırılması, informasiya mübadiləsi və işin yekunlarının təhlili ilə məşğul olmaq məqsədi ilə dörd dövlətin başçıları tərəfindən yaradılmışdır. Son görüşdə bu məkanın yaradılması istiqamətində bir sıra sənədlər müzakirə olunmuş, gələcək fəaliyyət proqramı müəyyənləşdirilmişdir.
11-ci iclasın keçirildiyi günlərdə Astanada “Avrasiya: ideyadan təcrübəyə doğru” adlı beynəlxalq konfrans da olmuşdur. Konfransda iştirak edən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, alimlər, deputatlar, diplomatlar və ictimai xadimlər bildirmişlər ki, bu gün Avrasiya İttifaqında birləşmək çox zəruridir və bu, quruma daxil olacaq bütün dövlətlərin mənafeyinə uyğundur.