CƏMİYYƏT


“QHT ziyarətləri” layihəsi çərçivəsində növbəti görüşlər Qubada təşkil olunub

Bakı, 23 may, AZƏRTAC

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi “QHT ziyarətləri” layihəsi çərçivəsində növbəti görüşlərini Quba rayonunda keçirib.

Layihə çərçivəsində Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi, Xalça Dünyası Assosiasiyası və “Vətən naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin ofisləri ziyarət edilib.

Agentlikdən AZƏRTAC-a bildiriblər ki, “QHT ziyarətləri”ndə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşları Rahu Şirinova və Əli Pənahov, Agentliyin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov və Agentliyin məsul əməkdaşları iştirak ediblər.

Vüsal Quliyev görüşlərdə regionlarda fəaliyyət göstərən QHT-lərin vətəndaş cəmiyyətinin inkişafında əhəmiyyətli rolunu qeyd edərək, onların mövcud vəziyyətlərinin öyrənilməsinin, bilik və bacarıqlarının artırılmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, QHT-lər yaranarkən qarşılarına qoyduqları məqsədlərə uyğun olaraq konkret layihə və proqramlar həyata keçirməli, nəticələr təqdim etməlidirlər.

Aygün Əliyeva QHT-lərin fəaliyyəti, onların cəmiyyətin inkişafında rolu haqqında məlumat verib. Eyni zamanda, bildirib ki, bu layihə Agentliklə QHT-lər arasında əməkdaşlıq əlaqələrinin operativ şəkildə qurulmasına xidmət edir.

Görüşlər zamanı QHT sədrləri Eynulla Xeyrullayev, Ramin Mahmudov, Fatimət Ağamirzəyeva və Tünzalə Abdüləlimova öz fəaliyyətləri haqqında geniş məlumat veriblər. Onların təklif və problemləri də dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.