QIRĞIZISTAN PREZİDENTİ FRANSADA SƏFƏRDƏ OLMUŞDUR
AzerTAg.az
Qırğızıstan Prezidenti Əsgər Akayevin Fransaya işgüzar səfəri başa çatmışdır. Prezidentin mətbuat xidmətindən bildirmişlər ki, Ə.Akayevin Fransa Prezidenti Jak Şirakla görüşündə iki ölkə arasında siyasi, iqtisadi, mədəni-humanitar, hərbi-texniki əməkdaşlığın möhkəmləndirilməsi məsələləri müzakirə edilmişdir.
J.Şirak qırğız dövlətçiliyinin 2200 illiyi münasibəilə Ə.Akayevi təbrik etmiş, “Manas” beynəlxalq hava limanını antiterror koalisiyasında iştirak edən Fransa hərbçilərinin ixtiyarına verdiyi üçün ona təşəkkürünü bildirmişdir.
Qırğızıstan Prezidenti fransalı həmkarını rəsmi səfərə dəvət etmişdir.
Ə.Akayev səfər çərçivəsində YUNESKO Baş konfransının 32-ci sessiyasında çıxış etmiş, Fransa işgüzar dairələrinin nümayəndələri ilə də görüşmüşdür.
Xəbərin mətnində orfoqrafik səhv var