RƏSMİ XRONİKA
QIRĞIZISTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ƏSGƏR AKAYEVƏ
Qırğızıstan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün Qırğızıstan xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Sevindirici haldır ki, müstəqilliyinin növbəti ildönümünü qeyd edən dost Qırğızıstan bu gün dünya birliyinin tamhüquqlu üzvü kimi beynəlxalq həyatda fəal iştirak edir.
İkitərəfli münasibətlərimiz, daim genişlənən əlaqələrimiz və əməkdaşlığımız böyük məmnunluq doğurur. Əminəm ki, dövlətlərarası münasibətlərimizin ardıcıl inkişafı üçün qarşılıqlı səylərimizi bundan sonra da davam etdirəcəyik.
Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Qırğızıstan xalqına sülh və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 20 avqust 2004-cü il.