QULDURLAR GÜRCÜSTAN HAVA YOLLARI İDARƏSİNİ PARTLATMAQLA HƏDƏLƏYİRDİLƏR
AzerTAg.az
Tbilisidə bir qrup quldur Gürcüstan Hava Yolları İdarəsinin başçısı Georgi Karbelaşvilini hədələyərək, onlara 100 min dollar verilməsini tələb etmiş, əks təqdirdə idarənin binasını partladacaqlarını bildirmişdir.
AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstan DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, G.Karbelaşvili bu xəbərdarlığı müvafiq orqanlara çatdırmış və DİN-in Konstitusiya təhlükəsizliyi departamenti əməliyyat keçirmişdir.
Əməliyyat zamanı quldur qrupunun 8 nəfər üzvü 7 min dollar məbləğində pulu götürərkən yaxalamışdır. Məlum olmuşdur ki, onlardan biri - Georgi Çaçava həmin idarənin keçmiş əməkdaşıdır. Hazırda dəstənin digər üzvlərinin də aşkar edilib tutulması üçün tədbir görülür. G.Karbelaşvili demişdir ki, bu dəstə Gürcüstanda əvvəllər də həmin idarədən zorla pul qoparırmış, iki ildən sonra isə onlar yenidən bu xəyala düşüblər.
Xəbərin mətnində orfoqrafik səhv var