İDMAN
Qadın su poloçularının yarışında finalçılar müəyyənləşib









Bakı, 18 iyun, P.İmanova, T.Abdullayeva, AZƏRTAC
İyunun 18-də - “Bakı-2015” birinci Avropa Oyunlarında su polosu üzrə yarışların yeddinci günündə qadınların mübarizəsində finala vəsiqə qazanan komandalar məlum olub.
AZƏRTAC xəbər verir ki, yarımfinalda Rusiya millisi İtaliya komandasını böyük xal fərqi ilə məğlub edib - 17:7. Beləliklə, Rusiya millisi finala vəsiqə qazanan ilk komanda olub. Digər finalçı isə İspaniya və Yunanıstan yığmalarının qarşılaşmasının nəticəsində müəyyənləşib. İspaniya millisi 9:6 hesabı ilə Yunanıstan komandasına qalib gələrək finala vəsiqə qazanıb.
Qalib iyunun 20-də keçiriləcək final görüşündən sonra məlum olacaq.
Qadınlar arasında oyunlarda 11-12-ci yerlər uğrunda görüşdə Böyük Britaniya komandası İsrailə 10:5, 7-10-cu yerlər uğrunda qarşılaşmalarda Slovakiya millisi Serbiyaya 10:6, Almaniya yığması isə Fransa kollektivinə 10:8 hesabı ilə qalib gəlib.