CƏMİYYƏT


Qafqaz Müsəlmanları İdarəsi ilə ICESCO-nun tərəfdaşlığının perspektivləri müzakirə edilib

Bolonya, 14 sentyabr, AZƏRTAC

İtaliyanın Bolonya şəhərində keçirilən “G20 VIII Dinlərarası Forum”da iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Salim bin Məhəmməd əl-Maliklə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə şeyxülislam Azərbaycanın haqq işində və torpaqlarının azadlığı uğrunda apardığı 44 günlük Vətən müharibəsi dövründə göstərdiyi mənəvi dəstəyə görə ICESCO-nun baş direktoruna təşəkkür edib. QMİ sədri azad edilən ərazilərdə hazırda aparılan bərpa işləri barədə məlumat verib.

ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik yanvar ayında ölkəmizə səfərini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşünü məmnunluqla xatırlayıb. İşğaldan azad olunan ərazilərə, dağıdılan və yerlə-yeksan edilən şəhərlərə səfər etdiyini, orada gördüklərinin qeyri-insani əməl və bəşəriyyət əleyhinə cinayət olduğunu bildirib. ICESCO-nun baş direktoru Azərbaycan hökumətinin azad edilən əraziləri tez bir zamanda yenidən quracağına əminliyini bildirib.

Görüşdə Qafqaz Müsəlmanları İdarəsi ilə ICESCO-nun əlaqələrinin mövcud vəziyyəti və tərəfdaşlığın perspektivləri müzakirə edilib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Bolonya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.