ELM VƏ TƏHSİL


Qafqazın tarixinə dair yeni kitab hazırlanır

Tbilisi, 2 iyun, AZƏRTAC

Azərbaycan və Gürcüstanın elm adamlarının birgə iştirakı ilə “Qafqazın tarixi” adlı kitab hazırlanır.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Akademiyasının prezidenti, akademik Qiorqi Kvesitadze məlumat verib.

Onun sözlərinə görə, hazırda Azərbaycan və Gürcüstan Milli Elmlər akademiyaları arasında çox sıx əməkdaşlıq mövcuddur. Hər iki elm ocağında bir sıra birgə layihələr həyata keçirilir. Bunlardan biri də Qafqazın tarixinə dair yeni kitabın hazırlanmasıdır.

Akademik bildirib ki, bu kitabda Qafqaz xalqlarının tarixi, milli-mənəvi dəyərləri və kökləri barədə zəngin məlumatlar əksini tapacaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.