İDMAN


“Qalatasaray” Türkiyə kubokunun finalına yüksəlib

Bakı, 26 aprel, AZƏRTAC

Aprelin 25-də futbol üzrə Türkiyə kubokunun yarımfinal mərhələsinin sonuncu cavab qarşılaşması keçirilib.

AZƏRTAC xəbər verir ki, “Yeni Malatya” stadionunda baş tutan matçda “Yeni Malatyaspor” “Qalatasaray”ı qəbul edib. Görüş qonaqların böyükhesablı qələbəsi ilə başa çatıb - 2:5.

Fatih Terimin yetirmələrindən Martin Linnes, Sofian Fequli, Henri Onyekuru (2 qol) və Kostas Mitroqlu fərqləniblər. Meydan sahiblərinin qollarına isə Daniel Aleksis və Arturo Mina imza atıblar.

İlk oyunda qapılara qol vurulmadığından (0:0), bu hesab İstanbul təmsilçisini finala çıxarıb.

Qeyd edək ki, “Qalatasaray”ın finaldakı rəqibi kubokun son qalibi “Akhisarspor” olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.