MƏDƏNİYYƏT


Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzi və Rostropoviç Fondu “Volqa turnesi”ni təqdim edir

Bakı, 12 sentyabr, AZƏRTAC 

Dünya şöhrətli musiqiçi, görkəmli violonçel ifaçısı Mstislav Rostropoviçin anadan olmasının 90 illik yubiley tədbirləri bu il mədəniyyət aləminin mühüm hadisələri sırasındadır. Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzi yubiley ili çərçivəsində “Volqa turnesi”ni bərpa etməyi qərara alıb.

AZƏRTAC Mərkəzin saytına istinadla xəbər verir ki, oktyabrın 3-dən 7-dək Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzinin solistləri və orkestri, habelə Olqa Rostropoviçin rəhbərliyi ilə M.Rostropoviç Fondunun təqaüdçüləri “Mstislav Rostropoiviç” gəmisində musiqili tur keçirəcəklər. Rusiyanın Çerepovets şəhərindən başlanacaq tur Yaroslavl, Kostroma, Plyosda davam edəcək, Nijni Novqorodda başa çatacaq.

Qeyd edək ki, “Volqa turne”si ilk dəfə 2004-cü ildə təşkil edilib. O zaman Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzinin solistləri və M.Rostropoviç Fondunun təqaüdçüləri Nijni Novqorod, Samara, Kazan və Ulyanovda çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.