CƏMİYYƏT


Qanunsuz ov edənlər saxlanılıb

Bakı, 4 fevral, AZƏRTAC

Polis orqanları qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının bu istiqamətdə keçirdikləri tədbirlər nəticəsində rayonun Qaxay kəndi ərazisində qanunsuz ov edən 4 nəfər Ucar rayon sakini saxlanılıb. Onlardan “TOZ” markalı 4 ədəd ov tüfəngi götürülüb.

Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağdam rayon sakini E.Məhərrəmovdan, Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Tərtər rayon sakini Q.Mirzəyevdən müvafiq sənədləri olmayan 2 ədəd “TOZ” markalı ov tüfəngləri götürülüb.

Araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.