DÜNYA


Qanunsuz yollarla İrana gətirilən 68 ton narkotik maddə müsadirə olunub

Tehran, 25 fevral, AZƏRTAC

Cari ildə qanunsuz yollarla İrana gətirilən 68 ton narkotik maddə müsadirə olunaraq məhv edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın Sərhəd Mühafizəsi Birliyinin rəhbəri general Qasım Rzayi mətbuata açıqlamasında deyib.

General bildirib ki, ötən ilə nisbətən qanunsuz narkotik qaçaqmalçılığında 11 faiz artım müşahidə olunub. Qaçaqmalçılar narkotik maddələri İran üzərindən keçirməklə başqa dövlətlərə daşımağa çalışırlar.

General İranın quru sərhədlərinin olduqca uzun olduğunu deyərək sərhədlərin daha ciddi mühafizəsi üçün hökumətdən və Məclisdən dəstək istəyib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.