CƏMİYYƏT


Qanunvericiliyin tələblərini pozduğuna görə saxlanılan əcnəbinin İnterpol xətti ilə axtarışda olduğu müəyyənləşdirilib VİDEO

Bakı, 2 iyul, AZƏRTAC

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 4-ü Türkiyə, 1-i İran, 1-i Banqladeş və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə keçirilmiş tədbir nəticəsində 7-si Nepal vətəndaşı olmaqla ümumilikdə 13 əcnəbi aşkarlanıb.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı qeyd edilən əcnəbilərin Azərbaycanda miqrasiya (olma və yaşama) qaydalarını pozduqları məlum olub.

Saxlanılmış Banqladeş vətəndaşı Saiful MD Islamın Azərbaycan ərazisindən istifadə etməklə İrana və oradan da Türkiyəyə keçiriləcəyi vədi ilə ölkəyə gətirildiyi və qanunsuz miqranta çevrilməsinə şərait yaradıldığı müəyyənləşdirilib. Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində neqativ miqrasiya kanalının təşkil edilməsi cəhdinin qarşısı alınıb.

Eyni zamanda, saxlanılmış Türkiyə vətəndaşlarından Sokmen Sabrinin İnterpol xətti ilə axtarışda olduğu müəyyənləşdirilərək müvafiq orqanlara məlumat verilib.

Miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə saxlanılan əcnəbilər müvafiq qaydada məsuliyyətə cəlb olunub və barələrində qərarlar qəbul edilib.

DMX qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirləri davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.