İDMAN


“Qarabağ”–“Neftçi” matçının biletləri satışa çıxarılıb

Bakı, 16 may, Nicat Məmmədov, AZƏRTAC

“Qarabağ” Azərbaycan Premyer Liqasının sonuncu - XXVIII turunda “Neftçi” klubuna qarşı keçirəcəyi matçın biletlərini satışa çıxarıb.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 5, mərkəzi sektorlar 10, VIP biletlər isə 20 manat təşkil edir.

Biletləri Iticket.az-dan və Ağdam təmsilçisinin “Park Bulvar”da yerləşən fan-şopundan almaq olar. Oyun günü isə biletlər yalnız görüşün gerçəkləşəcəyi “Azersun Arena”da satılacaq.

Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

Qeyd edək ki, oyundan sonra “Qarabağ”a qızıl, “Neftçi”yə gümüş medallar təqdim olunacaq. Bürünc medalların sahibi isə “Zirə” – “Qəbələ” matçından sonra müəyyənləşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.