İDMAN


Qarabağ”-“Viktoriya Plzen” matçının ilk hissəsində hesab açılmayıb

Bakı, 17 avqust, AZƏRTAC

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qarabağ” (Ağdam)- “Viktoriya Plzen” (Çexiya) matçının birinci hissəsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan oyunun ilk hissəsində hesab açılmayıb.

Görüşü sloveniyalı baş hakim Slavko Vinçiç idarə edir.

Qeyd edək ki, cavab qarşılaşması avqustun 23-də Plzendəki “Dusan Arena”da oynanılacaq.

Bu turu keçən komanda mübarizəni UEFA Çempionlar Liqasının qrup mərhələsində davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.