İDMAN


“Qarabağ” azarkeşləri stadiona mühafizə xidmətinin müşayiəti ilə gedəcəklər

Bakı, 5 oktyabr, AZƏRTAC

“Qarabağ” futbol klubu azarkeşləri Yunanıstanda “Olimpiakos”a qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu üçün "Georgios Karaiskakis" stadionuna xüsusi avtobuslarla, mühafizə xidmətinin müşayiəti ilə gedəcəklər.

Futbol klubundan AZƏRTAC-a bildirilib ki, bu, səfər komandasının fanatları ilə bağlı yerli qaydalar, eləcə də təhlükəsizliklə əlaqədardır.

Tərəfdarların matçdan əvvəl görüş nöqtəsi şəhər mərkəzində yerləşən "Marble" stadionunun qarşısı olacaq. Onlar klub tərəfindən ayrılmış xüsusi avtobuslarla matçın oynanılacağı arenaya yollanacaq.

"Qarabağ" azarkeşləri biletləri oyun günü ala biləcəklər. Biletin qiyməti 20 avrodur.

Qeyd edək ki, oktyabrın 6-da keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.