İDMAN


“Qarabağ” klubu Azərbaycan Premyer Liqasının yeni mövsümünə qələbə ilə başlayıb

Bakı, 6 avqust, AZƏRTAC

Ağdamın “Qarabağ” klubu Azərbaycan Premyer Liqasının 2022-2023-cü il mövsümünə qələbə ilə başlayıb.

AZƏRTAC xəbər verir ki, avqustun 6-da Ağdam təmsilçisi yarışın birinci turu çərçivəsində Bakının “Səbail” klubunu qəbul edib.

“Azersun Arena”da keçirilən oyunda “Qarabağ” komandası 3:1 hesablı qələbə qazanıb. UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edən “Qarabağ”ın heyətində Ramil Şeydayev dubl edib, Musa Qurbanlı isə fərqlənib. “Səbail”in qolunu isə Elmir Tağıyev vurub.

Ötən gün birinci tur çərçivəsində oynanılan ilk oyunda Bakının “Zirə” klubu Gəncənin “Kəpəz” komandasını 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, tura avqustun 7-8-də keçiriləcək "Şamaxı" - "Neftçi", "Sabah" - "Sumqayıt" və "Turan Tovuz" - "Qəbələ" görüşləri ilə yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.