İDMAN


“Qarabağ” klubu İslandiya millisinin qapıçısını heyətinə cəlb edib

Bakı, 4 iyul, AZƏRTAC

2018/2019-cu il mövsümünün hazırlığını davam etdirən Ağdamın “Qarabağ” futbol klubu bu dəfə qapı xəttini gücləndirib.

AZƏRTAC kluba istinadla xəbər verir ki, komandamız İslandiya yığmasının qapıçısı Hannes Tur Halldorssonla ikiillik müqavilə bağlayıb. Ağdam təmsilçisinin Avstriyada davam edən təlim-məşq toplanışına yollanan qolkiper tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə qol çəkib.

Yeni transfer karyerasına 2009-cu ildə ölkəsinin “Fram” klubunda başlayıb. Qolkiper daha sonra KR (İslandiya), “Brann” (Norveç), “Sandnes” (Norveç), NEK (Hollandiya), “Bodo/Qlimt” (Norveç) klublarında forma geyinib. Qolkiper son olaraq Danimarkanın “Randers” klubunda çıxış edib və bu klubda 69 matçda meydana çıxıb.

Hannes 2012-ci ildə milli komandasının heyətinə dəvət alıb və 52 oyunda meydanda olub. 2016-cı ildə Avropa çempionatının final mərhələsində çıxış edib. Burada da İslandiyanın oynadığı 5 oyunun hamısında çərçivəni qoruyub.

Halldorsson dünya çempionatının seçmə mərhələsi çərçivəsində 9 oyunda meydana çıxıb və komandası mundiala vəsiqə qazanıb. Qapıçı dünya çempionatının qrup mərhələsində hər 3 oyunda meydanda olub və bu oyunlar zamanı 1 penalti qaytarmaq diqqət mərkəzinə düşüb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.