İDMAN


“Qarabağ” klubu ötən ilin maliyyə hesabatını açıqlayıb

Bakı, 9 may, Nicat Məmmədov, AZƏRTAC

“Qarabağ” klubu 2018-ci il üçün maliyyə hesabatını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçisinin ötən il gəlirləri 15 milyon 218 min 140 manat, xərcləri isə 14 milyon 378 min 960 manat təşkil edib.

Bilet və abunəlikdən 733 min 910 manat, UEFA-dan pul mükafatı kimi 12 milyon 183 min 90 manat, teleyayımdan 414 min 240 manat gəlir əldə edilib, digər gəlirlər isə 1 milyon 886 min 900 manat olub. İnzibati işçilər və futbolçulara (əməkhaqqı ödənişi və sair mükafatlandırma) 8 milyon 250 min 880 manat, əsas vəsaitlərin və qeyri-maddi aktivlərin amortizasiyasına (oyunçulardan başqa) 491 min 60 manat, gənclər futbolunun inkişafına 916 min 270 manat, digər xərclərə 4 milyon 720 min 750 manat sərf olunub.

Maliyyə ili üçün ümumi mənfəət 764 min manat olub.

Hesabatda klubun öhdəlikləri 6 milyon 823 min 490 manat, kapitalı 17 milyon 950 min 110 manat, aktivləri isə 24 milyon 773 min 600 manat göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.