İDMAN


“Qarabağ” qapıçısı Şahruddin Məhəmmədəliyev ilə müqaviləni yeniləyib

Bakı, 22 iyun, AZƏRTAC

Ağdamın “Qarabağ” futbol klubu qapıçısı Şahruddin Məhəmmədəliyev ilə müqaviləni yeniləyib.

AZƏRTAC kluba istinadla xəbər verir ki, 27 yaşlı qapıçının yeni müqaviləsi 2023-cü ilin iyununadək nəzərdə tutulub. Ş.Məhəmmədəliyev 2016-cı ildən "Qarabağ"ın formasını geyinir.

Yeni müqavilə haqqında danışarkən qapıçı deyib: "Daha 2 il “Qarabağ”da qalacağam. Buna görə çox sevinirəm. Bu komanda mənim ailəmdir. Evdən çox komandamızın bazasında zaman keçirirəm. Burada hamı mənə doğmadır. Hədəflərimiz dəyişmir. Yeni mövsümdə çempionluq titulunu geri qaytarmaq, eləcə də çoxdandır əldə etmədiyimiz kuboku qazanmaq istəyirik. Avrokuboklara gəlincə, biz hər il qrup mərhələsinə vəsiqə qazanmaq üçün meydana çıxırıq. Konfrans Liqası yeni çağırışdır. Başlıca olaraq, ilk turda qələbə qazanmaq, mərhələ keçmək haqda düşünürük. Sonrası haqda hər oyundan sonra danışarıq. Bu il hədəflərimizə çatacağımıza inanıram”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.