ELM VƏ TƏHSİL


Qarabağa qayıdışla bağlı məcburi köçkünlər arasında keçirilən onlayn sorğu başa çatıb

Bakı, 26 aprel, AZƏRTAC

İşğaldan azad edilmiş ərazilərə qayıdışın səmərəli təşkili üçün repatriasiya potensialını proqnozlaşdırmaq məqsədilə keçirilən birinci sosioloji tədqiqat – onlayn sorğu aprelin 25-i saat 20:00-da dayandırılıb.

ADA Universitetindən AZƏRTAC-a bildirilib ki, sorğuda 65 min nəfər iştirak edib, sorğu səhifəsinə baxış sayı isə 400 mini ötüb. İlkin məlumatlara əsasən, iştirakçıların 54 faizi kişilərdən, 46 faizi isə qadınlardan ibarətdir. Sorğuda iştirak edənlərin 45 faizini 40 yaşa qədər olan ölkə vətəndaşları təşkil edir.

Hazırda onlayn sorğunun nəticələri emal mərhələsindədir. Bu mərhələ yekunlaşdıqdan sonra Tədqiqat Qrupu əldə edilən məlumatların təhlilinə başlayacaq və nəticəni müvafiq dövlət qurumuna təqdim edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.