İQTİSADİYYAT


Qarabağda şəhərsalma layihələrində Türkiyə ilə əməkdaşlıq imkanları müzakirə edilib

Bakı, 17 yanvar, AZƏRTAC

İqtisadiyyat Nazirliyində Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini, Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin (TDMMB) sədri Mücahit Demirtaş ilə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə iqtisadiyyat nazirinin müavini Elnur Əliyev ölkəmizdə iqtisadiyyatın dəstəklənməsi və inkişafı, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması tədbirlərini diqqətə çatdırıb. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işləri barədə məlumat verən nazir müavini bu ərazilərdə həyata keçirilən layihələrdə Türkiyə şirkətlərinın fəal iştirakını vurğulayıb. Bu, Türkiyə-Azərbaycan müttəfiqliyini və qardaşlığını bir daha nümayiş etdirir.

Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini, TDMMB-nin sədri Mücahit Demirtaş Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin dirçəldilməsi, memarlıq və şəhərsalma layihələrində Türkiyə şirkətlərinin fəal iştirakını, iş birliyinin iqtisadi əməkdaşlığa, biznesin canlanmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına töhfə verəcəyini vurğulayıb.

Tərəflər Qarabağda həyata keçirilən bərpa-quruculuq layihələrində TDMMB ilə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.