CƏMİYYƏT


Qaradağ rayonunda şəhid Məmmədov Pərvizin xatirəsi anılıb

Bakı, 9 avqust, AZƏRTAC

Avqustun 9-da Qaradağ rayonunda şəhid Məmmədov Pərvizin xatirəsi anılıb.

Qaradağ İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, rayon icra hakimiyyətinin başçısı, rayon ictimaiyyət nümayəndələri, din adamları şəhid kapitan Məmmədov Pərviz Ələddin oğlunun doğum günü ilə əlaqədar olaraq şəhidin məzarını ziyarət edib, məzarı üzərinə əklil qoyublar.

Sonra Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə düzəldilmiş şəhid bulağının açılışı olub. Tədbir iştirakçıları bulağın qarşısına əklil və gül dəstələri qoyublar.

Şəhidin ailəsi ilə söhbət zamanı Vətən uğrunda canından keçmiş qəhrəmanların əbədi ehtirama layiq olduğu bildirilib. Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlətin mühüm tədbirlər gördüyü diqqətə çatdırılıb.

Şəhidin valideynləri göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Məmmədov Pərviz Ələddin oğlu 1989-cu il avqustun 9-da Tovuz rayonu, Çeşməli kəndində anadan olub. Daha sonra ailəsi ilə birlikdə Qaradağ rayonu Lökbatan qəsəbəsinə köçüb. 44 günlük Vətən müharibəsində düşmənə qarşı aparılan ədalət mübarizəsində iştirak etmiş və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə 2020-ci il sentyabrın 30-da qəhrəmancasına şəhid olub. Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub. Müharibədə göstərdiyi rəşadətə, igidliyə görə Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən “Vətən uğrunda” medalı ilə təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.