CƏMİYYƏT


Qaradağda evdən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb

Bakı, 15 oktyabr, AZƏRTAC 

Qaradağ rayonunda evdən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 30-da rayon ərazisindəki evlərin birindən 3200 manat pul və 1000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Q.İsayev və N.Bağıyev Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.