İDMAN


Qaret Beyl “Real”dan ayrılmaq istəyir

Bakı, 8 mart, AZƏRTAC

“Real Madrid” futbol klubunun yarımmüdafiəçisi Qaret Beyl mövsümün sonunda başqa komandaya keçmək niyyətindədir.

AZƏRTAC “El Confidencial” saytına istinadla xəbər verir ki, uelsli futbolçu bununla bağlı qəti qərara Çempionlar Liqasının 1/8 finalında “PSJ” ilə cavab matçının 76-cı dəqiqəsində əvəzedici kimi meydançaya çıxmasından sonra gəlib. İlk oyunda isə Beyl 68-ci dəqiqədə oyuna daxil olmuşdu.

Futbolçunun agenti Conatan Barnett yayda yeni klublarla danışıqlar aparacaq. “Real” Beyli beş il əvvəl “Tottenhem”dən aldığı məbləğ - 100 milyon avro qarşılığında başqa kluba verməyə hazırdır.

Xatırladaq ki, “Real”ın uelsli futbolçu ilə müqaviləsinin müddəti 2022-ci ilədək nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.