REGİONLAR


Qaxda Ulu Öndərin xatirəsinə həsr olunan intellektual oyunun qalibləri müəyyənləşib

Qax, 5 may, Mustafa Dadaşov, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Qax rayon təşkilatının təşkilatçılığı ilə mayın 5-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən intellektual oyun üzrə rayon birinciliyi keçirilib. Qax rayon Heydər Əliyev Mərkəzində təşkil edilən yarışda rayonun müxtəlif idarə və təşkilatlarını təmsil edən gənclərdən ibarət 8 komanda mübarizə aparıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, intellektual oyunun rəsmi açılış mərasimində YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, rayon icra hakimiyyətinin əməkdaşı Orxan Səmədov, rayon gənclər və idman idarəsinin rəis müavini Elvin Həsilov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qax nümayəndəliyinin direktoru Elmir Həşimli çıxış edərək, Ulu Öndərin Vətən və xalq qarşısındakı xidmətlərindən danışıb, ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından bəhs ediblər. Bildirilib ki, intellektual oyunun keçirilməsində əsas məqsəd gənclərin dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, ümummilli lider Heydər Əliyevin zəngin irsini, Azərbaycanın milli mədəniyyətini və tarixini təbliğ etmək, eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir.

Yekun nəticələrə əsasən, rayon Təhsil şöbəsinin komandası intellektual oyunun qalibi adını qazanıb. Sonrakı yerləri səhiyyə və mədəniyyət işçilərinin təmsil olunduqları komandalar tutublar.

İntellektual oyunda ilk üç yeri tutan komandalara kubok və diplomlar, digər iştirakçılara isə təşəkkürnamələr təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.