CƏMİYYƏT
Qaxda şəhid Fərid Dursunovun doğum günündə xatirəsi anılıb
Bakı, 28 iyul, AZƏRTAC
Qax rayonunda Vətən müharibəsində şəhid olmuş Fərid Dursunovun doğum günündə xatirəsi anılıb.
Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, partiyanın Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, Qax Rayon İcra Hakimiyyəti Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Malik Həmzəyev, partiya fəalları, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan mübarizədə şəhid olmuş Fərid Dursunovun doğum günü ilə əlaqədar məzarını ziyarət edib, üzərinə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.
Sonra tədbir iştirakçıları şəhid Fərid Dursunovun ailə üzvlərini ziyarət edib, onlara dərin hüznlə başsağlığı veriblər.
Şəhidin valideynləri göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.