DÜNYA


Qazaxıstan Qırğızıstanla hava əlaqəsini bərpa edir

Nur-Sultan, 15 sentyabr, АZƏRTAC

Qazaxıstan ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üzrə İdarələrarası Komissiyanın cari il 3 sentyabr tarixli qərarına əsasən epidemioloji vəziyyət nəzərə alınmaqla sentyabrın 20-dən Qırğızıstana beynəlxalq uçuşlar bərpa olunur.

AZƏRTAC xəbər verir ki, bu barədə Sənaye və İnfrastruktur İnkişaf Nazirliyi məlumat yayıb.

Qazaxıstanla Qırğızıstan arasında uçuşlar Almatı – Bişkek marşrutu üzrə “AirAstana" aviaşirkəti tərəfindən həftədə 2 dəfə yerinə yetiriləcək.

Uçuşlar sanitar-epidemioloji tələblərə ciddi riayət olunmaqla yerinə yetiriləcək.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.