RƏSMİ SƏNƏDLƏR


Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Qardaş Azərbaycanın bundan sonra da dinamik inkişaf etməsini, həmçinin xalqınızın Sizin rəhbərliyinizlə bütün məqsədlərinə çatmasını diləyir və ən səmimi arzularımı bildirirəm.

Əminəm ki, xalqlarımız arasında əsrlər boyu davam edən ənənəvi dostluq və əməkdaşlıq bundan sonra da hərtərəfli möhkəmlənəcəkdir.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və böyük uğurlar, Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram.

Ən xoş arzularla,

 

Nursultan Nazarbayev

Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin