Qazaxıstan Xəzər dənizindəki ərazi sularını genişləndirib
AzerTAg.az
Nur-Sultan, 24 fevral, AZƏRTAC
Xəzər dənizində Qazaxıstanın ərazi sularının genişləndirilməsinə dair dəyişikliklər edilib.
AZƏRTAC xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bununla bağlı sənəd imzalayıb.
“Xəzər dənizində fəaliyyətin həyata keçirilməsi ilə bağlı məsələlər üzrə Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” qanun ərazi sularının genişliyini 12-dən 15 milə qədər artırır.
Bundan əlavə, eyni düzəlişlər dənizdə elmi tədqiqatların aparılması və su bioloji ehtiyatları üçün balıq ovu prosedurunu müəyyənləşdirən “balıqçılıq zonası rejimi” anlayışını təqdim edir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan

Xəbərin mətnində orfoqrafik səhv var