İQTİSADİYYAT


Qazaxıstan neftinin və qazının Azərbaycan vasitəsilə daşınması üçün işçi qrupları yaradılır VİDEO

Bakı, 7 dekabr, AZƏRTAC

Qazaxıstan və Azərbaycan Qazaxıstan neftinin və qazının dünya bazarlarına Azərbaycan ərazisi vasitəsilə daşınması məsələləri üzrə iki işçi qrupu yaradırlar.

AZƏRTAC xəbər verir ki, Qazaxıstanın energetika naziri, Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Kanat Bozumbayev bu sözləri jurnalistlərə Bakıda Hökumətlərarası Komissiyanın 14-cü iclasının yekunlarını şərh edərkən söyləyib.

K.Bozumbayev deyib: “Qazaxıstan qazının hasilat həcmi artmağa davam edəcək və ixrac marşrutlarından biri kimi Azərbaycan nəzərdən keçirilir. Variantlardan biri kimi, biz Qazaxıstanın qərbində LNG zavodun tikintisini, daha sonra onun məhsulunun Azərbaycan ərazisindən keçməklə, dünya bazarlarına daşınmasını nəzərdən keçiririk”.

Nazir bildirib ki, Qazaxıstan və Azərbaycan müvafiq nazirlik və idarələrin nümayəndələrindən ibarət xüsusi işçi qruplarının yaradılması barədə razılığa gəliblər. O deyib: ”İşçi qrupu bu layihənin nə dərəcədə səmərəli olduğunu yaxın bir necə ayda öyrənəcək və bizə məlumat verəcək”.

K.Bozumbayevin sözlərinə görə, Hökumətlərarası Komissiyanın iclasının yekunlarına əsasən yaradılmış ikinci işçi qrupu Qazaxıstan neftinin Azərbaycan ərazisi vasitəsilə dünya bazarlarına daşınmasının rəqabətədavamlılığını öyrənəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.