SİYASƏT


Qazaxıstan səfiri: Gəncə şəhərinin yenidən raket atəşinə tutulmasını və dinc əhalinin həlak olmasını qətiyyətlə pisləyirəm

Bakı, 20 oktyabr, AZƏRTAC

Mən beynəlxalq humanitar hüquq çərçivəsində öhdəlikləri məhəl qoyulmadan dinc şəhərlərin, onların sakinlərinin və mülki obyektlərin atəşə tutulmasını yolverilməz və qeyri-insani hərəkət edirəm. Bununla əlaqədar, Gəncə şəhərinin yenidən raket atəşinə tutulmasını və dinc əhalinin, o cümlədən günahsız uşaqların həlak olmasını qətiyyətlə pisləyirəm. Həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verirəm, yaralananların tezliklə sağalmalarını arzu edirəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov söyləyib. Səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin eskalasiyası nəticəsində regionda sülhə və sabitliyə təhlükə yaranması ilə əlaqədar ciddi narahatlığını bildirib. S.Abdıkarimov deyib: “Qazaxıstanın daha əvvəl bəyan etdiyi və dəyişməz qalan mövqeyi çərçivəsində bir daha təsdiq edirəm ki, bu münaqişə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə uyğun olaraq beynəlxalq hüququn prinsipləri və Azərbaycanın ərazi bütövlüyü əsasında dinc yolla nizamlanmalıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.