DÜNYA


Qazaxıstanın Taraz şəhərində yaşayış binasında partlayış baş verib

Astana, 27 fevral, AZƏRTAC

Qazaxıstanın Taraz şəhərində çoxmərtəbəli binada partlayış baş verib, iki nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, qaz sızması nəticəsində baş verən partlayış səhər saatlarında olub. Binanın 300 sakini evakuasiya edilib. İkinci mərtəbədə baş verən partlayış nəticəsində birinci və üçüncü mərtəbələrdə çökmə yaranıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.