ELM VƏ TƏHSİL


Qazaxıstanlı tələbə və şagirdlər arasında ADA universitetinə maraq artır VİDEO

Nur-Sultan, 23 fevral, АZƏRTAC

ADA Universitetin Nur-Sultanda keçirilən “Begin edu fair” beynəlxalq sərgidə təmsil olunmasının əsas məqsədi Qazaxıstan tələbə və şagirdlərinə ölkəmiz və universitet haqda ətraflı məlumat verərək gələcəkdə çoxlu sayda tələbələrin cəlb edilməsidir.

ADA Universitetinin tələbə qəbulu şöbəsinin meneceri Aytəkin Hüseynova AZƏRTAC-a bildirib ki, keçən il keçirilən sərginin nəticəsi olaraq universitetə xaricdən tələbələr müraciət etməyə başlayıblar. Təklif olunan “Topçubaşov” adına beynəlxalq təqaüd proqramı çərçivəsində xarici tələbələr təhsil haqqından azad edilirlər.

Universitetin Qazaxıstanın iki ali məktəbi ilə sıx əməkdaşlıq etdiyini bildirən A.Hüseynova razılaşmalara əsasən tələbə mübadiləsi proqramının həyata keçirildiyini deyib.

Builki sərgidə ADA universitetinin pavilyonuna 100-dən çox müraciət qeydə alınıb. Müraciət edənlərin əksəriyyəti biznes və informasiya texnologiyaları ixtisaslarına maraq göstərirlər.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.