CƏMİYYƏT


Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 30 iyul, AZƏRTAC 

Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyulun 30-da saat 2 radələrində Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində Soltannuxa kənd sakini İman Eyvazov idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı maneəyə vurub. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı Qəbələ Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.