REGİONLAR


Qəbələdə yaş barama istehsalı 6,3 ton artıb

Qəbələ, 10 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələ rayonunda istehsalçılardan barama tədarükü başa çatıb. Kümçülər builki mövsümdə 15 ton 423 kiloqram yaş barama istehsal ediblər. Barama istehsalı ötən illə müqayisədə 6,3 ton artıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Bildirilib ki, cari mövsümdə barama yetişdirmək üçün 102 kümçü ilə müqavilə bağlanılıb, onlara 500 qutu, yəni 9,5 kiloqram ipəkqurdu paylanılıb.

Ötən il isə rayonun kümçüləri 236 qutu ipəkqurdundan 9,1 ton yaş barama əldə etmişdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.