ELM VƏ TƏHSİL


“Qədim şəhərin müasir çaları ol!” təsviri və tətbiqi incəsənət müsabiqəsinə start verilib

Bakı, 10 yanvar, AZƏRTAC 

“Şəhər incəsənəti. Azərbaycan” (City Art Azerbaijan) layihəsinin yaradıcı heyətinin təşkilatçılığı ilə “Qədim şəhərin müasir çaları ol!” təsviri və tətbiqi incəsənət müsabiqəsi keçiriləcək. Müsabiqə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurası, Memarlıq və İncəsənət İnstitutu, Qobustan Milli Tarix-Bədii Qoruğu, Xəzər Universiteti, Mirzə Ələkbər Sabir Fondu və Azərbaycan Arxeoloqlar Cəmiyyətinin tərəfdaşlığı və dəstəyi ilə reallaşdırılacaq.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, müsabiqə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının qarşıya qoyduğu vəzifələrin icrasına yönəlib. Sərgi, təlimlər, əyani işin yaradılması və nümayişi formatında baş tutacaq müsabiqənin ideyası müasir şəhər incəsənəti trendlərinin və dəbinin gənclər arasında düzgün təbliğinə yönəlib.

Müsabiqənin iştirakçıları istənilən texnikadan (rəngkarlıq, qrafika, heykəltəraşlıq, tətbiqi sənət, qraffiti, konseptual art, foto, video, instalyasiya və s.) istifadə etməklə öz ideyasını gerçəkləşdirə bilər.

Dörd mərhələdən ibarət layihənin yekunu olaraq qalib iş şəhərin bir guşəsində nümayiş olunacaq. İlk mərhələni keçən iştirakçılara hədiyyə və sertifikatlar, layihənin qalibinə isə xüsusi mükafat, diplom və əsərinin ictimaiyyətə təqdim olunması şansı veriləcək.

İşlərin qəbulu üçün son tarix martın 11-dir. Hazırlanan işlər həftəiçi saat 11.00-17.00 arası aşağıdakı ünvanlara təhvil verilə bilər:

Bakı şəhəri, Məhsəti küç., 41 (Xəzər Universitetinin Neftçilər korpusu) və H.Cavid pr., 115 (AMEA-nın Memarlıq və İncəsənət İnstitutu, IV mərtəbə). E-mail: [email protected] Tel.: (+994 55) 454 04 75; (+994 55) 739 88 76.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.