REGİONLAR
Qərb bölgəsində Ulu Öndərin anadan olmasının 94-cü ildönümü münasibətilə ağacəkmə kampaniyası keçirilib
Tovuz, 10 may, AZƏRTAC
Mayın 10-da Tovuz şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü təntənə ilə qeyd edilib.
AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, dahi siyasətçinin xatirəsini ehtiramla anıblar.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov çıxış edərək, ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması, müstəqilliyinin qorunub saxlanılması istiqamətindəki xidmətlərindən söz açıb.
Diqqətə çatdırılıb ki, bu gün Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra Ulu Öndərin anadan olmasının 94-cü ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib. Rayon ərazisində 1200-dən çox ağac əkilib.
X X X
Ağstafa şəhərindəki Heydər Əliyev Muzey Mərkəzində Ulu Öndərin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə, təşkilat kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
Sonra Ulu Öndərin doğum günü münasibətilə rayonun əsas magistral avtomobil yollarının kənarlarında ağacəkmə aksiyası keçirilib, 2000-dən çox ağac əkilib.
X X X
Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə sosial-iqtisadi həyatın bütün sahələri ilə yanaşı, ölkəmizdə yeni parkların, qoruqların və yaşıllıq sahələrinin salınmasına xüsusi diqqət yetirilib və bu istiqamətdə genişmiqyaslı tədbirlər hazırlanıb həyata keçirilib. Bu gün müasir, müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
AZƏRTAC xəbər verir ki, Qazax rayonunda yeni yaşıllıqların salınması, bərpası, mühafizəsi və qorunması ilə bağlı ənənəyə uyğun olaraq rayon rəhbərliyinin, idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib.
Əvvəlcə Ulu Öndərin xatirəsi anılıb və abidəsi önünə gül-çiçək dəstələri qoyulub.
Sonra aksiyaya start verilib. Aksiyada Bakı-Tbilisi magistral yolunun Qazax rayonu ərazisindən keçən hissəsində 4 mindən çox müxtəlif növ ağac əkilib, eyni zamanda, həmin ərazidə ötən illərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib.
X X X
Şəmkir rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri müstəqil Azərbaycan Respublikasının yaradıcısı və qurucusu ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.
Sonra İpək yolunun kənarında, rayonun kənd və qəsəbələrində ağacəkmə aksiyası və iməcilik təşkil edilib, 10 minədək şam ağacı, yeni gül kolları əkilib.