DÜNYA


Qərbi Balkan ölkələrində qripdən 43 nəfər ölüb

Bakı, 7 fevral, AZƏRTAC

2019-cu ilin əvvəlindən Qərbi Balkan ölkələrində - Bosniya və Herseqovina və Serbiyada 43 nəfər qripdən ölüb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Bosniya Səhiyyə İnstitutunun məlumatına görə, qrip virusuna yoluxanlar arasında müxtəlif yaş qruplarından olan insanlar var. Yanvar ayında onların 34 nəfəri həyatını itirib.

Sarayevo Klinik Mərkəzinin bəyanatında bildirilir ki, Banja Luka şəhərində qrip epidemiyası “aqressiv virusa” çevrilib və ölüm halları arta bilər. Bu şəhərdə fevralın ilk günlərində cəmi 1 nəfər – 75 yaşlı pasiyent ölüb. Lakin təhlükəli virusa yoluxanların sayı artmaqdadır.

Serbiyada isə qripdən 9 nəfər ölüb. Ölüm hallarından üçü ölkənin şərqindəki Nis, altısı isə Pirot və Uziçe şəhərlərində qeydə alınıb. Serbiyanın səhiyyə naziri Zlatibor Lonçar bildirib ki, 2019-cu ilin əvvəlindən xəstəxanalarda qripə yoluxmuş 68 min insan müalicə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.