SİYASƏT


Qətərin aparıcı KİV-ləri Ermənistanın Azərbaycana hərbi təcavüzündən yazıb

Bakı, 14 iyul, AZƏRTAC

Qətərin aparıcı kütləvi informasiya vasitələrində, o cümlədən nüfuzlu “Əl-Cəzirə”, “Əl-Şərq”, “Əl-Vətən”, “Luseyl” və “Əl-Raya” qəzetlərində Ermənistan ordusunun Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təcavüzlə bağlı xəbərlər dərc olunub.

Bu barədə Azərbaycanın Qətərdəki səfirliyindən AZƏRTAC-a məlumat verilib.

Məlumatda deyilir ki, xəbərlərdə Ermənistan ordusu bölmələrinin Azərbaycanın Tovuz rayonunun Ağdam kəndini artilleriya qurğularından, minaatanlardan atəşə tutması barədə AZƏRTAC-ın rəsmi informasiyalarına, Müdafiə və Xarici İşlər nazirliklərinin yaydığı bəyanatlarına istinad olunub.

Qətərli oxuculara məlumat verilir ki, Azərbaycan Silahlı Qüvvələri cavab atəşi ilə Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısını alıb, həmçinin artilleriya atəşi ilə Ermənistan ordusunun qərargahını dağıdıb. Eyni zamanda, qeyd edilib ki, ərazilər Azərbaycan Ordusunun nəzarəti altındadır. Qətər KİV-də dərc olunan informasiyalarda Azərbaycan-Ermənistan münaqişəsi və Azərbaycanın ərazi bütövlüyünə dair ölkəmizin mövqeyi əks etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.