İQTİSADİYYAT
Qeyri-neft-qaz məhsullarının ixracı azalıb
Bakı, 26 yanvar, AZƏRTAC
Ötən ilin 11 ayında qeyri-neft-qaz məhsullarının ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 8 faiz, real ifadədə isə 17,9 faiz azalaraq 1 milyard 638,2 milyon dollara bərabər olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (38,3 faiz), Türkiyəyə (19,6 faiz), İsveçrəyə (12,3 faiz), Gürcüstana (7,1 faiz), Çinə (2,5 faiz), Ukraynaya (2,4 faiz), İtaliyaya (2,1 faiz), İrana (1,6 faiz), Qazaxıstana (1,4 faiz), ABŞ-a (1,3 faiz), Almaniyaya (1,1 faiz), Belarusa (1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [19:37]
Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq
- 10.05.2024 [18:41]
Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir
- 10.05.2024 [18:39]
Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşəcək
- 10.05.2024 [14:49]
BP-də çalışan azərbaycanlı işçilərin sayı artıb
- 10.05.2024 [13:17]