CƏMİYYƏT
Qida Təhlükəsizliyi Agentliyi növbəti maarifləndirici videoçarx hazırlayıb
Bakı, 16 oktyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi növbəti maarifləndirici videoçarx hazırlayıb.
Agentlikdən AZƏRTAC-a verilən xəbərə görə, yeni videoçarxda qida zəncirinin istehsalat, dövlət nəzarəti və istehlak mərhələləri öz əksini tapır. Videoçarxın hazırlanmasında əsas məqsəd “tarladan süfrəyə” qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərlə bağlı ictimaiyyətin maarifləndirilməsidir.
Agentliyin təqdim etdiyi videoçarxda həyata keçirilən nəzarət tədbirləri, qida məhsullarından laborator analizlər üçün nümunənin götürülməsi və istehlakçıların qida təhlükəsizliyi prosesində iştirakı öz əksini tapıb. Həmçinin videoçarxda istehlakçıların qida təhlükəsizliyi prosesində iştirak etməklə əslində öz ictimai vəzifələrini həyata keçirdikləri vurğulanır.
Videoçarxa bu linkdə baxmaq olar: https://www.youtube.com/watch?v=64Jx17Jh5rk\