İQTİSADİYYAT


Qida Təhlükəsizliyi Agentliyi yoluxucu heyvan xəstəlikləri ilə bağlı xəbərdarlıq edir

Qida Təhlükəsizliyi Agentliyi yoluxucu heyvan xəstəlikləri ilə bağlı xəbərdarlıq edir

Bakı, 8 avqust, AZƏRTAC 

Azərbaycan Respublikası ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhaliyə xəbərdarlıq edir.

Bu barədə AZƏRTAC-a agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Xəbərdarlıqda deyilir: Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Gürcüstanın Samtsxe-Cavaxetiya regionunda qaramalda nodulyar dermatit xəstəliyinin yayılması müəyyən edilib. Bununla əlaqədar olaraq, bu ölkədən qaramalın idxalı ilə bağlı müraciət edən hüquqi və fiziki şəxslər Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının müvafiq tələblərini nəzərə almalıdırlar. Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi üçün Gürcüstanın Samtsxe-Cavaxetiya regionundan gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Dövlət Gömrük Komitəsinə aidiyyəti üzrə müraciət olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.