CƏMİYYƏT


Qida Təhlükəsizliyi İnstitutu Şəki-Zaqatala bölgəsində elmi araşdırmalara başlayıb

Bakı, 16 sentyabr, AZƏRTAC

Qida Təhlükəsizliyi İnstitutu Şəki-Zaqatala bölgəsində fındığın istehsalı, qurudulması və saxlanılması zamanı tərkibində aflatoksinin yaranma səbəblərinə dair elmi araşdırmalar aparır.

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədqiqatın aparılmasında məqsəd regionda məhsullarda aflatoksinin yaranma səbəblərinin müəyyən edilməsi və aradan qaldırılması, risk qiymətləndirilməsinin həyata keçirilməsi, məhsulun yığım tarixlərinin dəqiq müəyyənləşdirilməsi, həmçinin fındığın becərilmə, emal, qurutma və saxlanma şərtlərinin mövcud normalara uyğunlaşdırılmasıdır.

Araşdırmaların nəticəsi olaraq fındıq istehsalçılarına aflatoksinsiz fındıq yetişdirmənin yolları, istehsal zəncirinin bütün mərhələlərində aflatoksinin əmələ gəlmə risklərinin azaldılması ilə bağlı elmi əsaslandırılmış tövsiyələrin təqdim edilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.