DÜNYA


Qırğızıstan-Tacikistan sərhədindəki qarşıdurmada hər iki tərəfdən həlak olanların sayı 16-ya çatıb

Bişkek, 30 aprel, АZƏRTAC

Qırğızıstan-Tacikistan sərhədindəki qarşıdurmada qırğız tərəfdən həlak olanların sayı 13-ə çatıb. Tacikistan tərəfdən 3 adamın öldüyü bildirilir.

AZƏRTAC Qırğızıstan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, aprelin 30-u yerli vaxtla saat 8:00-a olan məlumata görə qırğız tərəfdən 134 adam yaralanıb. Onların bir çoxunun vəziyyəti ağırdır. 25 ağır yaralı xüsusi təyyarə ilə Batkendən Bişkekə aparılıb.

Ötən gecə Qırğızıstanla Tacikistan arasında qarşıdurmanın tənzimlənməsi üçün bəyannamə və protokol imzalanıb.

Xatırladaq ki, qarşıdurma aprelin 28-də Qırğızıstanın Batken rayonunun Kok-Taş kəndinin ərazisinə Tacikistan tərəfinin suya nəzarət etmək üçün dirəklərə videokameralar quraşdırmasından sonra başlanıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.