DÜNYA


Qırğızıstan ilə Türkiyə arasında əlaqələrin daha da dərinləşməsi məsələləri müzakirə olunub

Bişkek, 6 dekabr, АZƏRTAC

Türkiyə Böyük Millət Məclisinin (BMM) sədri Binəli Yıldırım Qırğızıstanda səfərdədir.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Qırğızıstanın Baş naziri Muxammedkalıy Abılqaziev Binəli Yıldırımla görüşüb.

Baş nazir BMM-nin sədrini salamlayaraq bildirib ki, bu gün Türkiyə şirkətləri Qırğızıstanda bütün sahələrdə uğurla fəaliyyət göstərirlər.

Birgə layihələrin həyata keçirilməsində Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) xüsusi rolunu vurğulayan Baş nazir bu səfərin qardaş ölkələr arasında əlaqələrin daha da dərinləşməsinə səbəb olacağını bildirib.

Tərəflər ölkələr arasında ticarət-iqtisadi, səhiyyə, təhsil, kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Bildirilib ki, bu ilin doqquz ayında ölkələr arasında əmtəə mübadiləsi keçən ilin müvafiq dövrünə nisbətən 25 faiz artaraq 277 milyon dollar təşkil edib.

Binəli Yıldırım qeyd edib ki, hər iki ölkənin dövlət başçıları bu il bir neçə dəfə görüşüb, parlament sədrləri bir-biri ilə daim əlaqə saxlayır, hökumətlər arasında da əməkdaşlıq davam edir. Bu da iki ölkə arasında əməkdaşlığın yüksələn xətlə inkişafından xəbər verir.

BMM-nin sədri Baş naziri üçüncü Dünya Köçəri Oyunlarının uğurla keçirilməsi münasibətilə təbrik edib, 2020-ci ildə dördüncü Dünya Köçəri Oyunlarının Türkiyədə də yüksək səviyyədə təşkil ediləcəyinə əmin olduğunu bildirib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.