İDMAN


Qış idman növləri üzrə Asiya çempionatında fərqlənən paralimpiyaçılarımızla görüş keçirilib

Bakı, 8 fevral, AZƏRTAC

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov qış idman növləri üzrə Asiya çempionatında fərqlənən idmançılarımız Gülnar Rəhimova (dağ xizəkçiliyi) və Aytac Qasımova (snoubord) ilə görüşüb.

AMPK-dən AZƏRTAC-a bildiriblər ki, komitənin prezidenti qış idman növü üzrə ilk qızıl medalın qazanılmasını əlamətdar hadisə kimi qiymətləndirib. Bu hadisənin ölkəmizdə rəğbətlə qarşılandığını deyən komitə sədri idmançılarımıza yeni uğurlar arzulayıb, əsas hədəfin “Pekin 2022” Qış Paralimpiya Oyunlarında iştirak və medal qazanmaq olduğunu bildirib.

İ.Rəhimov qeyd edib ki, medal qazanan hər iki idmançı Uşaq Paralimpiya Komitəsinin yetirməsidir. Bu da uşaq Paralimpiyası sahəsində görülən işlərin səmərəli olduğunu təsdiqləyir.

Görüşdə hər iki idmançının valideynləri də iştirak ediblər.

Xatırladaq ki, Azərbaycanın idman tarixində ilk dəfə olaraq qış idman növü üzrə Paralimpiya millimiz Asiya çempionatında iştirak edib. Millimizin üzvləri - Gülnar Rəhimova dağ xizəkçiliyi yarışında iki qızıl, Aytac Qasımova isə snoubord yarışında bir gümüş və bir bürünc medal qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.