İQTİSADİYYAT
Qısamüddətli istiqrazların yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 15 dekabr, AZƏRTAC
Dekabrın 15-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0104001844 ISIN-li, 20 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 17 investor tərəfindən qiymət intervalı 90.9543 AZN (10.0001 faiz) və 94.6 AZN (5.7396 faiz) olan 25 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 94.3778 AZN (5.9899 faiz), orta ölçülmüş qiyməti 94.4032 AZN (5.9612 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 88 milyon 562 min 600 manat, yerləşdirilmiş həcmi isə 30 milyon manat təşkil edib. İstiqrazlar gələn il dekabrın 14-də ödəniləcək. Hərrac iştirakçıları dekabrın 16-dək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.